Legal services

Advice House şirkəti tərəfindən göstərilən hüquqi xidmətlərin əsas istiqamətləri aşağıdakılardır:
1. Kommersiya hüququ
2. İdman hüququ
3. Korporativ hüquq
4. Əqli mülkiyyət
5. Daşınmaz əmlak
6. Məhkəmələrdə maraqların təmsil edilməsi

    KOMMERSİYA HÜQUQU
  • Logistika məsələləri ilə bağlı hüquqi konsultasiya
  • İxrac/idxal proseslərinin dövlət tərəfindən tənzimlənməsi ilə bağlı məsələlər
  • Xarici ticarət əməliyyatlarının həyata keçirilməsi məsələləri ilə bağlı konsultasiya
  • Kommersiya fəaliyyətinin müxtəlif sahələrində milli və fövqəlmilli qanunvericilik normalarının nisbəti haqqında rəylərin tərtib olunması
  • Mülki, antiinhisar, gömrük, vergi, valyuta qanunvericiliyi ilə bağlı konsultasiyalar.
  • İDMAN HÜQUQU
  • İdman klubları ilə peşəkar idmançılar arasında müqavilələrin rəsmiləşdirilməsi
  • İdman klublarına və peşəkar idmançılara hüquqi xidmətlərin göstərilməsi
  • İdman klublarına vergilər sahəsində məsləhətlərin verilməsi
  • İdman hüququnun tətbiqi məsələsi ilə bağlı konsultasiyalar
  • Beynəlxalq hüquq və Azərbaycan hüququ sahəsində konsultasiyalar
  • Peşəkar idman sahəsində mübahisələrdə maraqların təmsil olunması.
  • KORPORATİV HÜQUQ
  • əldə edilən aktivin hüquqi yoxlamasının həyata keçirilməsi;
  • əqdin şərtlərinin razılaşdırılmasında iştirak etmə;
  • əqdlərə dair zəruri sənədlərin tərtib və təhlil edilməsi;
  • biznesin yaradılması və strukturlaşdırılması, biznesin tənzimlənən sahələri üçün bütün tənzimləyici tələblərə riayət etmə;
  • korporativ restrukturizasiya məsələləri ilə bağlı konsultasiya;
  • danışıqların aparılması və kommersiya müqavilələrinin işlənib hazırlanması.
  • ƏQLİ MÜLKİYYƏT
  • əmtəə nişanına olan müstəsna hüquqların müdafiəsi, qeydiyyata alınmış işarədən istifadəyə qadağa qoyulması.
  • şirkətin firma adına və kommersiya işarəsinə olan hüquqların müdafiəsi.
  • əsər barəsində müəllifliyin mübahisə olunması.
  • şərəf və ləyaqətin, işgüzar reputasiyanın müdafiəsi.
  • DAŞINMAZ ƏMLAK
  • kommersiya icarəsinin hüquqi müşayiəti;
  • mübahisələrin məhkəmədə və məhkəmədən kənar qaydada həll edilməsi;
  • daşınmaz əmlak obyektlərinə olan hüquqların məhkəmə qaydasında tanınması və ya mübahisə olunması;
  • obyektlərə sərmayə qoyuluşunun hüquqi müdafiəsi, itirilmiş mülkiyyət hüquqlarının bərpa olunması və ya daşınmaz əmlak obyektlərinə olan hüquqların reallaşdırılmasına mane olan amillərin aradan qaldırılması;
  • tikinti və yenidən qurma işlərinin aparılması üçün icazələrin alınması;
  • fiziki şəxslərin daşınmaz əmlakı barəsində mənzil məsələlərinin və digər məsələlərin həlli;
  • əmlak kompleksi kimi müəssisəyə dair hüquqların rəsmiləşdirilməsi.
  • MƏHKƏMƏLƏRDƏ MARAQLARIN TƏMSİL OLUNMASI
  • kommersiya mübahisələri;
  • korporativ mübahisələr;
  • borcun geri qaytarılması ilə bağlı mübahisələr;
  • əqli mülkiyyət hüququnun müdafiəsi ilə bağlı mübahisələr;
  • inşaat sahəsində mübahisələr;
  • daşınmaz əmlak sahəsində mübahisələr;
  • vergi mübahisələri;
  • digər mübahisə növləri.
Azerbaijan