Bazarın marketinq araşdırılması

Bazarın marketinq araşdırılmasının məqsədi marketinq qərarlarının qəbulu üçün informasiya və analitik bazanın yaradılması və bununla da, onlarla bağlı qeyri-müəyyənliklərin səviyyəsini aşağı salmaqdır.
Marketinqdə bazar arşdırmasının nəticəsi istehlakçıya daha yaxın olmaq, onun ehtiyac və əhvalını daha yaxşı anlamağa imkan verən biznes mühitini təşkil edən rəqiblərin hərəkətlərini, bazar strukturunu, bazarda iqtisadi meylləri, texniki nailiyyətlərin araşdırılması və çox sayda başqa amillərin başa düşülməsidir.

BAZAR TƏHLİLİNİN MƏRHƏLƏLƏRİ

  • Bazar təhlilinin məqsədi və əsas tapşırıqlarını müəyyənləşdirmək
  • Bazarın marketinq təhlilinin ardıcıl planını tərtib etmək
  • Bazarın təhlili üçün tələb olunan mümkün müddət və maksimal büdcəni müəyyənləşdirmək
  • Bazar təhlili üsullarını və bazar üzrə informasiya mənbələrini müəyyənləşdirmək
  • Mal və xidmətlər bazarının zəruri marketinq araşdırılmasını aparmaq
  • Bütün toplanmış məlumatın nəticələrlə birlikdə əyani təhlilini hazırlamaq
  • Bazar təhlili üzrə konsolide hesabatı tərtib etmək
  • Aparılmış bazarın marketinq təhlili üzrə təqdimat hazırlamaq

BAZARIN MARKETİNQ ARAŞDIRMASININ ƏSAS NÖVLƏRİ:

    BAZAR TƏHLİLİ
  • Bazarın potensialı
  • Müştərilərin seqmentlərə bölünməsi
  • Məhsullar və qiymət formalaşmasının meylləri
  • Satış kanalları
  • Rəqabət vəziyyəti
  • Regional aspektlər
  • Tənzimləmə və vergi qoyuluşu məsələləri
  • MÜQAYİSƏLİ TƏHLİL
  • Sənaye standartları ilə uzlaşma əsasında şirkətin fəaliyyətinin əsas göstəricilərinin təhlili
  • Təkmilləşmə tələb olunan sahələrin və artımın əsas mərhələlərinin müəyyənləşdirilməsi
  • YENİ BAZARLARA ÇIXIŞ
  • Sənaye təhlili: cari vəziyyət və perspektivlər
  • Rəqabət təhlili: əsas oyunçular və strategiyaları
  • Bazara çıxış üçün biznes modelin seçilməsi
  • Risklərin təhlili
  • Sənayenin normativ hüquqi tənzimləməsi və vergi qoyuluşu
  • Bazara çıxış seçimlərinin təhlili (şirkətin “sıfırdan” yaradılması, mövcud biznesin əldə edilməsi, birgə müəssisə və s.)
Azerbaijan