Marketinq strategiyasının hazırlanması

Marketinq strategiyası uzunmüddətli perspektivdə satış və satışdan əldə olunan gəlirlilikdən maksimum nəticə qazanmaq üçün məhdud ehtiyatlarını şirkət necə istifadə etməlidirsə təsvir edən şirkətin ümümi strtaegiyasının (korporativ strategiya) bir elementidir.
Advice House ekspertləri aşağıda sadalananlara töhfə verəcək və şirkətin hədəf auditoriyanın dərin bilikləri, onun ehtiyacları, keyfiyyət və xüsusiyyətlərinə əsaslanan səmərəli marketinq strategiyasının hazırlanmasında kömək edəcəklər:

  • Şirkətin mövqeyinin bazarda gücləndirilməsinə
  • Bazar payının artmasına
  • Sadiq müştərilərin / istehlakçıların sayının artmasına
  • Rəqiblərdən daha artıq olan və bazar üzrə orta səviyyədə olan satışın artmasına
  • Yeni satış bazarlarına çıxışın əldə edilməsinə
  • Satış coğrafiyasının genişlənməsinə
  • Yeni uğurlu məhsul və xidmətlərin bazara çıxarılmasına

MARKETİNQ STRATEGİYASININ HAZIRLANMASININ ƏSAS MƏRHƏLƏLƏRİ:

    1. Şirkətin inkişaf istiqamətinin müəyynləşdirilməsi və strateji məqsədlərin qoyulması;
    2. Şirkətin cari vəziyyətinin təhlili;
    3. SWOT-təhlilin aparılması;
    4. Bazarın marketinq araşdırması, bazarda şirkətin rol və mövqeyinin müəyyənləşdirilməsi;
    5. Rəqib şirkətlərin və fəaliyyətlərinin öyrənilməsi;
    6. İstehlakçı portretinin tərtib edilməsi üçün marketinq araşdırmasının aparılması;
    7. Firmanın inkişaf strategiyasının seçilməsi;
    8. Marketinq strategiyasının prinsiplərinin təsviri;
    9. Marketinq strategiyasının istifadəyə verilməsi üçün vacib olan layihələr portfelinin müəyyənləşdirilməsi (brendinq, reklam strategiyası, bazarın təhlili və brend-təhlili və s.)
    10. Marketinq strategiyasının icrası üzrə tədbirlərin planlaşdırılması;
    11. Marketinq strategiyasının (audit və düzəlişlərin tədbiqi) yerinə yetirilməsinə dəstək və nəzarət (monitorinq).
Azerbaijan